çərşənbə axşamı, 23 aprel 2024

VOLEYBOL

Budəfəki rəqibimiz Makedoniya olacaq

24.06.2017 11:14 Oxundu 4637

Bu gün kişi voleybolçular arasında Avropa Liqasında V turun oyunları keçiriləcək. Albaniyada baş tutan matçlarda yığmamız da növbəti qarşılaşmasına çıxacaq. İlk 4 oyunun hamısında məğlub olan Fərid Cəlalovun yetirmələri növbəti tura çıxmaq şanslarını itirib. Bundan sonrakı matçlarda prestij üçün oynayacaq komandamızın budəfəki rəqibi Makedoniya olacaq. Bütün görüşlərini qələbə ilə başa vuran və qrupda vahid lider olan balkanlılar qarşısında millimizin şansı o qədər də yüksək dəyərləndirilmir. Buna baxmayaraq yığmamız əlindən gələni edərək yaxşı nəticə qazanmaq üçün mübarizə aparmalıdır. Qrupun digər oyununda isə Albaniya İsveçlə üz-üzə gələcək.

Avropa Liqası

V tur

24 iyun

17:00. Makedoniya - Azərbaycan

Hakimlər: Yevgeni Makşanov (Rusiya), Tibor Halaş (Macarıstan)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

20:00. İsveç – Albaniya

Hakimlər: Mixail Koutsoulas (Yunanıstan), Mamdou Bakloutini (Fransa)

N

Ölkə

O

Q

M

S

T

X

1

Makedoniya

4

4

0

12-1

331-264

12

2

Albaniya

4

3

1

9-6

330-315

8

3

İsveç

4

1

3

6:11

361-380

3

4

Azərbaycan

4

0

4

3-12

287-350

1