cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Türk idmançıdan "Ya Qarabağ, ya ölüm" şüarı VİDEO

06.07.2017 13:36 Oxundu 3869

Türkiyənin İstanbul şəhərində Dünya Çempionlar King Boks Gecəsi keçirilib.

"Cempion.az"ın xəbərinə görə, final gecəsində rinqə Türkiyə idmançısı Sinan Ulutürk Azərbaycan bayrağı və “Qarabağ Azərbaycanındır” şüarı ilə çıxıb.

Rəqibinə qalib gələn Sinan döyüşdən sonra mikrofonu alaraq bir daha “Ya Qarabağ, ya ölüm! Başqa yol yox artq!” şüarını səslənidib.

Qeyd edək ki, döyüş TV8+ kanalında, Türkiyə vaxtı ilə saat 19:30-da canlı yayımlanıb.

video