çərşənbə, 17 aprel 2024

DÜNYA FUTBOLU

DÇ-2018: "Pley-off" mərhələsinin püşkatma tarixi və yeri açıqlanıb

06.09.2017 12:45 Oxundu 2093

2018-ci il dünya çempionatının Avropa zonası üzrə "pley-off" matçlarının püşkatma mərasimi oktyabrın 17-də İsveçrənin Sürix şəhərində keçiriləcək. "Report"un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, öz qruplarının qalibi olan 9 komanda Rusiyada təşkil olunacaq final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar.

İkinci yeri tutan 9 yığmadan ən yaxşı göstəriciyə malik 8-i isə "pley-off" oyunları üçün 4 cütə bölünəcək. Cütlərin qalibləri də mundiala yollanacaqlar.

Qeyd edək ki, hələlik Avropa zonasından DÇ-2018-ə birbaşa vəsiqəni H qrupunun qalibi Belçika qazanıb.