cümə, 29 mart 2024

BİZİM FUTBOL

Tarik Elyunussi “Qarabağ”ın düşərgəsinə qoşuldu

07.09.2017 16:00 Oxundu 1962

Bu gün “Qarabağ”ın yeni transferi Tarik Elyunussi komandanın düçərgəsinə qoşulub. Futbolçu keçidi haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rosenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdır.

“Qarabağ”ın gücü bəllidir, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq, güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.