şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

11.09.2017 15:12 Oxundu 1814

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Vitoriya Gimaraynş” (Portuqaliya) – “Zalsburq” (Avstriya) görüşünü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimin əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç sentyabrın 14-də “Afonsu Enrikiş” stadionunda keçiriləcək. Report