cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Messinin ilk pokeri

20.09.2017 14:47 Oxundu 1862

İspaniya çempionatının 5-ci turunda "Eybar"ı qəbul edən "Barselona" böyük hesabla qalib gəlib: 6-1. Qollardan 4-nü Messi vurub. Bu cari çempionatda argentinalı ulduzun ilk pokeridir. 5 turdan sonra Messinin hesabında 10 qol var.

Qeyd edək ki, İspaniya çempionatında "Barselona" hələlik itkisiz irəliləyir. Komanda 15 xalla turnir cədvəlinin ilk pilləsindədir.