cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Real” son dəqiqədə çökdü

21.09.2017 01:40 Oxundu 1941

İspaniya çempionatının 5-ci turunda keçirilən “Real” – “Betis” oyununda sensasiya qeydə alınıb. Bütün oyun boyu madridlilər hücum etsə də istədiyinə nail ola bilməyib. Əvəzində rəqib oyunun əsas vaxtına əlavə 4-cü dəqiqədə “Real”ın bütün ümidlərini puça çıxarıb. Sanabrianın vurduğu qolla “Betis” 1-0 hesabı ilə qalib gəlib.