çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

Droqba karyerasını tamamlayır

14.11.2017 19:25 Oxundu 3574

Kot d`İvuar futbolçusu Didye Droqba gələcək mövsümün sonunda karyerasını baş vuracağını açıqlayıb.

“Cempion.az”ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, D. Droqba hazırda ABŞ-ın “Phoenix Rising” komandasında oynayır. O bildirib: “Futbol oynamaq gözəldir, ancaq artıq 39 yaşım var və bu meydançada çıxışıma təsir edir”.

Qeyd edək ki, 1,5 il “Qalatasaray”ın şərəfini qorumuş D. Droqba “Genqam” “Olimpik” Marsel, “Çelsi”, Şanxay Şenhua” və “Monreal Impakt” klublarında oynayıb.