çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Messi Ardaya hətta salam vermir

11.01.2018 15:05 Oxundu 3501

“Barselona”dan ayrılaraq “Başakşehir” klubuna keçməsi gözlənilən Arda Turanla bağlı yeni iddia ortaya atılıb.

“Cempion.az”ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, argentinalı hücumçu Lionel Messi ilə A. Turanın münasibətləri pozulub. İddia edilir ki, L. Messi hətta soyunub-geyinmə otağında türkiyəli futbolçu ilə salamlaşmır.

Buna səbəb isə A. Turanın kifayət qədər məşq etməməsi və komandanın uğur qazanması üçün lazımı səy göstərməməsidir. L. Messinin türkiyəli futbolçunun “Barselona”dan ayrılmasına pis baxmadığı qeyd edilir.

“Barselona”nın baş məşqçisi Ernesto Valverde A. Turana heç etibar etmədiyi və bu səbəblə başqa kluba göndərilməsini və yeni transfer edilən Koutinyonun türk futbolmunun geydiyi 7 nömrəli formanın ona verilməsini istədiyi vurğulanır.