cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Hakim futbolçunu vurub qırmızı vərəqə göstərdi - VİDEO

15.01.2018 11:45 Oxundu 3826

Fransa Liqasının 20-ci turunda keçirilən “Nant” - PSJ oyununda qalmaqal baş verib.

Meydan sahiblərinin hücumçusu Dieqo Karlos müdafiəyə kömək üçün geriyə qayıdarkən matçın baş hakimi Toni Şaprona toxunub.

Referi də futbolçunun bu hərəkətini cavabsız qoymayıb. Yerə yıxılan hakim ayağı ilə Karlosa vurub. Ayağa qalxdıqdan sonra isə ona qırmızı vərəqə göstərərək meydandan qovub. “Nant”ın qapısına da cərimə zərbəsi təyin edib. Qafqazinfo

video