cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

BOK SSRİ-ni xortladır

16.01.2018 17:41 Oxundu 3297

Rusiya yığma komandası 2018-ci il Qış Olimpiya oyunlarnda SSRİ bayrağı altında çıxış edə bilərlər. Bu ideya internet istifadəçiləri tərəfindən irəli sürülüb. Beynəlxalq Olimpiya Komitəsi (BOK) isə bu təşəbbüsə baxa biləcəklərini açıqlayıb. Bu məsələ barədə qərarı Olimpiadada neytral bayraq altında çıxış edəcək rusiyalı idmançıların məsələləri ilə məşğul olan xüsusi komissiya verəcək. Əgər müsbət qərara qəbul olunsa, onda mükafatlandırma mərasimdə SSRİ himni də səslənəcək.

Xatırladaq ki, BOK-un İcraiyyə Komitəsi 2017-ci il dekabrın 5-də Rusiya milli komandasının Qış Olimpiya oyunlarında iştirakına qadağa qoyub. Rusiyalı idmançılar Qış Olimpiya oyunlarında yalnız neytral bayraq altındaçıxış edə bilərlər.