17.01.2018 17:56
2750
Qış fasiləsində bir neçə futbolçu ilə yollarını ayıran Gəncənin "Kəpəz" komandası heyətini yenidən komplektləşdirməyə başlayıb. Komanda dünən daha üç futbolçunu heyətinə qatıb. Gəncə klubu "Neftçi"dən ayrılan yarımmüdafiəçi Tərzin Cahangirovla bir illik müqavilə baölayıb. Bundan başqa iki əcnəbi oyunçu ilə də müqaviləyə imza atılıb. Ukraynalı qapıçı Serqey Litovçenko ilə mövsümün sonunadək, gürcüstanlıi yarımmüdafiəçi Giuli Manjqaladze ilə bir illik müqaviləyə imza atılıb.