çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

"Neftçi” Türkiyə hazırlığına start verdi

18.01.2018 19:10 Oxundu 2431

"Neftçi” PFK Türkiyədəki təlim-məşq toplanışına start verib. Komanda üzvləri bu gün Bələkdə ilk məşqə çıxıblar.

Türkiyəyə yollanan heyətdə futbolçulardan Səlahət Ağayev, Aqil Məmmədov, Rəşad Əzizli, Kirilo Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, İlkin Qırtımov, Rəşad Sadiqov, Emin Mahmudov, Derlis Meza Kolli, Namik Ələskərov, İqnasio Errera, Rəhman Hacıyev, Mirabdulla Abbasov, Elnur Süleymanov, Elçin Əsədov, Fərid Abbaslı və Fransisko Qarsiya yer alıb. Ömər Buludov, Elnur Cəfərov, Anton Krivotsyuk və Elvin Sərkərov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində olduğundan təlim-məşq toplanışına sonradan qoşulacaqlar.

Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də Rusiyanın "Krılya Sovetov”, 30-da isə Makedoniyanın "Sileks" klubları ilə üz-üzə gələcək. Təlim-məşq toplanışına yanvarın 31-də yekun vurulacaq.

Mənbə: http://neftchipfk.com