cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

“Kəpəz” 2018/2019 mövsümündə avrokuboklarda iştirakdan imtina edib

22.01.2018 12:00 Oxundu 3780

“Kəpəz” futbol klubu 2018/2019 mövsümündə avrokuboklarda iştirakdan imtina edib.

Bu barədə Gəncə klubundan məlumat verilib. Cari mövsümdə Azərbaycan Kubokunda mübarizəni dayandıran, Premyer Liqada isə 7 xalla sonuncu – 8-ci pillədə qərarlaşan “sarı-göylər”in rəhbərliyi AFFA-nın Lisenziyalaşdırma Qrupuna qitə miqyaslı turnirlərə qatılmaqla bağlı müraciət etməyə ehtiyac görməyib.

Gələn mövsüm Avropa kuboklarında iştirak üçün müraciət etməyən digər klub isə "Səbail"dir. Premyer Liqanın debütantı ölkə çempionatlarının müxtəlif liqalarında 3 mövsüm çıxış etmədiyinə görə 2018/2019-da avrokuboklara qatıla bilməz.

Qeyd edək ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədova yanvarın 18-də Premyer Liqa klublarından heç də hamısının gələn mövsüm Avropa kuboklarında iştirak üçün müraciət etmədiyini bildirmişdi. Report