cümə axşamı, 18 aprel 2024

VOLEYBOL

Azərbaycan yığması Avstriyaya qalib gəlib

10.05.2018 16:14 Oxundu 2909

Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət millimiz ilk yoxlama görüşünü keçirib. Faiq Qarayevin yetirmələri Avstriya yığmasını sınağa çəkib.

Komandamız rəqibinə asanlıqla qalib gəlib. Belə ki, ilk hissəni 10 top öndə bitirən voleybolçularımız növbəti setdə də qələbə qazanıb. Ardınca hesabı 3:0-a çatdıran millimiz qarşılıqlı razılığa əsasən, daha 2 hissə oynayıb. Dördüncü set də təmsilçimizin aktivinə yazılıb. Rəqib yalnız 15-dən oynanılan hissədə üstün olub.

Beləliklə, yığmamız ilk sınaq görüşünü 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesablı qələbə ilə bitirib.

Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq komandamızın Sloveniya, Slovakiya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.(Apasport)