çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" FK səfərdə "Qəbələ"yə qalib gəlib

11.11.2018 19:32 Oxundu 2254

"Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Qəbələ" komandası üzərində qələbə qazanıb.

Cempion.az xəbər verir ki, Qəbələdə keçirilən oyun 1:3 hesabı ilə yekunlaşıb.

Oyunda hesabı 33-cü dəqiqədə "Qəbələ"nin oyunçusu Ceyms Adeniyi açıb. 47-ci dəqiqədə İnosent Emeqara hesaba tarazlıq gətirib.

Oyunun ikinci hissəsinin 47-ci dəqiqəsində Miçel, 69-cu dəqiqəsində isə Filip Ozobiç fərqləniblər. Beləliklə, oyun 1:3 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

11 turdan sonra "Qarabağ" 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, "Qəbələ" isə 12 xalla 5-cidir.