cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

İngiltərəli məşhur futbolçu karyerasını bitirib

13.11.2018 14:16 Oxundu 2305

İngiltərəli məşhur futbolçu Co Kol karyerasını başa vurub. Cempion.az bildir ki, bu xəbəri futbolçu mətbuata açıqlamasında bildirib. O deyib: "Futbolçu olaraq bütün xəyallarımı reallaşdırdım. İnanıram ki, geridə qalan həyatım 20 illik futbolçu karyeram kimi olacaq. "Çelsi"də qazandığım uğurlar mənim üçün ayrı bir hissdir. Bu xatirlər heç vaxt yaddaşımdan silinməyəcək". Son olaraq ABŞ-ın "Tampa Bay Rovdis" komandasında çıxış edən 37 yaşlı futbolçu "Vest Hem", "Çelsi", "Liverpul", "Lil", "Aston Villa" və "Koventri Siti" klublarıın şərəfini qoruyub.