cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Maradonadan maraqlı REPORTAJ

14.11.2018 14:06 Oxundu 2194

Argentinanın əfsaəvi futbolçusu Dieqo Maradona İspaniya mətbuatına geniş reportaj verib. Mouriniyo haqqında: "Bir baş məşqçi olaraq Mouriniyodan çox şey öyrənməliyəm. Bunun üçün Mançestrə gedib ondan çox şey öyrənməliyəm" deyən Maradonanın reportajını cempion.az sizə təqdim edir.
- Nə üçün Mouriniyo?
- Çünki ən yaxşı odur.
- Qvardioladan daha da yaxşıdır?
- Mənə görə hə. Mouriniyo ən yaxşıdır. Tikitakanı Qvardiola kəşf etməyib. Bu Yohan Kroyfun futbol fəlsəfəsidir. Qvardiolanın bu gün istədiyi oyunçunu seçib almaq şansı olduğu üçün titkitakanı daha asanlıqla komandasına tətbiq edə bilir.
- Bir younda Messinin 20 dəfə ayaqyoluna getdiyini söyləmisiniz?
- Bunların hamısı mətbuatın yalanıdır. Mən heç vaxt Messiyə qarşı o ifadəni işlətməmişəm.
- Messi ilə mübahisə etmək istəmirsiniz?
- Messi mənim dostumdur və onun haqqında pis bir şey demərəm. Desəm belə üzünə deyərəm. Efirdən, sosial şəbəkədən demərəm. Leoya deyəcəyim tək şey oun bir fenomen olmasıdır. 20 dəfə ayaqyoluna gedən futbolçular olduğunu demişəm ancaq bunu Messi aid etməmişəm. Messinin 2010-cu il dünya kubokunda topdan qaçmağını demişəm. Çünki belə idi.
- Messiyə qarşı hansı hisləriniz var?
- Sevgi, sülh, şəfqət. Onu möhkəm qucaqlamaq istəyirəm çünki uzun müddətdir görüşmürük.
- Messi Milli komandaya qayıdacaqmı?
- Mən qayıdacağını düşünürəm. Əksi olsa bizim üçün problem olar
- Aqueronun komandası Çempionlar Liqasını qalibi ola bilərmi?
- Bəli çempion ola bilərlər. Düşünürəm ki ancaq Aquero təkcə ÇL yox dünya çempionu da olmaq istəyir. Hər bir argentinalı futnolçu kimi.
- "Real Madrid"in yeni baş məşqçisi haqda nə deyə bilərsiniz?
- Uzun müddət "Real Madrid"in baş məşqçisi olacağını düşünmürəm. Solarinin bu komanda ilə nələrsə edə biləcəyinə inamım yoxdu.
- Kriştiano Ronaldonun Realdan ayrılmağı haqqında nə düşünürsünüz?
- Ronaldo üçün çox əla addım idi. Madrid üçün hər şey etdi. İndi "Yuventus"da futboldan daha çox zövq alır.
"Real Madrid"də Ronaldoya ehtiyac var?
- Son oyunlarda klubda Ronaldoya ehtiyacı olduğunu gördük. Ancaq unutmaq olmaz ki, hər vaxtın bir oyunçusu olur. Ronaldo "Real Madrid"dən böyük deyil. İnanıram ki komanda Ronaldosuz da keçmiş günlərinə qayıdacaq. Mötəşəm heyətləri var ancaq qol vura bilən futbolçu tapılmır. Azarkeşlər də haqlı olaraq Ronaldonun satılmağına eiraz edirlər