cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

"Arsenal"ın prezidenti klubu tərk edib

29.05.2020 09:00 Oxundu 520


London "Arsenal"ının prezidenti Çips Kesvik klubu tərk etməyə qərar verib.

Cempion.az "topçular"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, keçmiş klub rəhbəri yeddi il boyunca paytaxt komandasına rəhbərlik edib. Bu ilin fevralında onun 80 yaşı tamam olub.

Qeyd edək ki, bundan sonra "Arsenal"ın Direktorlar Şurası dörd nümayəndədən - Sten Kronkedən, Joş Kronkedən, Lord Harrisdən və Ken Frayardan ibarət olacaq.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümü iyunun 17-də bərpa olunacaq.