şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

Mütəxəssislərimiz beynəlxalq seminarda iştirak ediblər

22.09.2020 13:01 Oxundu 518

 
 Türkiyə Fiziki Məhdudiyyətli Şəxslərin İdman Federasiyasının təşkilatçılığı ilə əlil arabasında basketbol üzrə onlayn məşqçilik seminarı keçirilib.

cempion.az xəbər verir ki, seminarda Azərbaycan Milli Paralimpiya Komitəsinin idman şöbəsinin baş mütəxəssisi Rüfət Rəhimov, Azərbaycan Basketbol Federasiyasının məşqçiləri Polad Həsənov, Sakit Nuriyev və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin idman məşqçisi Nicat Mehdiyev iştirak ediblər.

Qeyd edək ki.seminarda uğurla iştirak etmiş şəxslər sertifikatla təltif olunublar.