cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Kamran Ağayev: "Formaya düşməsəm, karyeramı bitirəcəyəm”

22.09.2020 15:18 Oxundu 410



“Uzun müddət ağır zədəm var idi. Artıq “Səbail”dəyəm”. 

“CEMPİON.AZ” saytının məlumatına görə, bunu APA TV-nin “Günün yarısı” verilişinə açıqlamasında “Səbail”in qapıçısı Kamran Ağayev deyib.

Azərbaycan millisinin sabiq qolkiperi uzun fasilədən sonra futbola qayıdışından danışıb. Kamran bildirib ki, əvvəlki formasını bərpa etməsə, karyerasını bitirəcək: “Müqavilə bağlayanda baş məşqçimizə dedim ki, əvvəlki formamı bərpa etməsəm, heç vaxt qapıda durmayacağam. Bu gün bu çəkidə də oynaya bilərəm. Amma bu oynamaq yox, sürünmək olar. Formaya düşməsəm, karyeramı bitirəcəyəm”.