cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Neftçi” qələbə qazandı,  “Zirə” xalını liderlə bərabərləşdirdi - YENİLƏNİB

22.11.2020 18:52 Oxundu 560

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun növbəti matçları keçirilib.

"CEMPİON.AZ" xəbər verir ki, "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib. Qarşılaşma paytaxt klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.  

Günün digər qarşılaşmasında isə "Keşlə" "Zirə"nin qonağı olub və 1:3 hesabı ilə uduzub. "Zirə" bu qələbə ilə 2-ci pilləyə yüksəlib.  

Qeyd edək ki, ötən günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün sabah keçiriləcək.

22 noyabr (bazar)

16:00. “Zirə” – “Keşlə” - 3:1
Qollar:
 Çantakias, 33 (1:0), Ramazanov, 60 (2:0), Bauk, 72 öz qapısına (2:1), Bauk, 90+4 (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

14:00. “Qəbələ” – “Neftçi” - 1:4
Qollar: 
Krivotsyuk, 38 (0:1), 51 (0:2), Ələsgərov, 57 (0:3), Nəbiyev, 60 (1:3), İbara, 90+3 (1:4)   
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

23 noyabr

16:00. "Sabah" - "Səbail"
Hakimlər: 
Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Bank Respublika Arena

21 noyabr

16:00. "Qarabağ" - "Sumqayıt" - 6:1

 
N Klublar O Q H M T-F X
1 Qarabağ 9 5 3 1 26-6 18
2 Zirə 10 5 3 2 12-9 18
3 Neftçi 10 5 2 3 11-13 17
4 Sumqayıt 10 4 3 3 13-15 15
5 Keşlə 10 3 3 4 11-15 12
6 Səbail 8 2 3 3 9-10 9
7 Qəbələ 10 1 5 4 8-18 8
8 Sabah 9 2 0 7 8-12 6


Bombardirlər:

Əli Qurbani ("Sumqayıt") - 6 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Namiq Ələsgərov ("Neftçi") - 5 qol
Mahir Emreli ("Qarabağ") - 5 qol
Davit Volkov ("Zirə") - 4 qol
Ramil Şeydayev ("Sabah") - 3 qol
Ovusu Kvabena ("Qarabağ") - 3 qol
Silvio Rodriqes ("Keşlə") - 3 qol
Rauf Əliyev ("Səbail") - 3 qol