cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" xal itirdi,  "Sumqayıt" məğlub oldu - YENİLƏNİB

04.05.2021 22:09 Oxundu 487

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
"CEMPİON.AZ" xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib. "Qarabağ" doğma meydanda "Zirə" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Ağdam təmsilçisi xal itirsə də, liderliyini qoruyub. "Zirə" isə yenidən 3-cü pilləyə yüksəlib.
Turun son qarşılaşmasında isə Azərbaycan kubokunun finalçısı "Sumqayıt" "Sabah"ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah" bu qələbə ilə 5-ci pilləyə yüksəlib.

20:15. “Sumqayıt” – “Sabah” - 0:2
Qol:
 Mario Marina, 40, Fofana Tiemoko, 69
Qırmızı vərəqə: Camaləddin Xocaniyazov, 86 ("Sumqayıt")
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev
“Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Zirə” - 1:1
Qol: 
Fakundo Melivilo, 17 (0:1), Abdullah Zubir, 19 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Azersun Arena”