17.05.2016 12:43
1130
1130
Klubun baş məşqçisi Aykut Kocaman, Mehanın qarşıdakı mövsüm ayrılacağını nəzərə alaraq, iki həftə oynatmamaq qərarı verdiyi deyilir. Kocamanın sözlərinə görə, Meha gedəndən sonra necə olacağını görmək üçün plan hazırlayıblar: “Meha aramızda olmayacaq. Son iki həftədə onu heyətə salmayacağam. Çünki Meha olmayanda komandanı görmək istəyirəm. Onunla bərabər işləməkdən qürur duyuruq. Meha komandamıza çox şey verdi. Legionerlər gələndə nələr etməlidirsə, onun hamısını Meha etdi. Ona hər şey halal olsun. Ona hər şeyə görə təşəkkür edirik”.
Qeyd edək ki, Alban Meha bu mövsüm Spor Toto Super Liqasında 23 oyunda 4 qol və 5 asistlə oyanmışdı. Türkiyə kubokunda isə o, 6 matçda 1 qol vurmağı bacarmışdı.