çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Elxan Abdullayevə İqor Getman və Dmitri Kramarenko kömək edəcəklər

16.09.2016 12:54 Oxundu 2164

"Neftçi"nin köməkçi məşqçilərindən ikisinin adına aydınlıq gəlib. Bu barədə apasport.az saytına paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov məlumat verib. Onun sözlərinə görə, yeni çalışdırıcı Elxan Abdullayevə İqor Getman və Dmitri Kramarenko kömək edəcəklər: “Dünənki məşq prosesində Elxan müəllimlə yanaşı, Getman və Kramarenko da iştirak etdilər. Digər köməkçilərin adları isə hələ müəyyənləşməyib. Fiziki hazırlıq üzrə məşqçi də müəyyənləşməlidi. Kramarenko əvvəl də əsas komandada çalışırdı. Getman isə “Neftçi”nin 19 yaşadək futbolçulardan ibarət komandasında fəaliyyət göstərirdi”.Qeyd edək ki, Dmitri Kramarenko keçmiş çalışdırıcı Vəli Qasımovun dövründə də “Neftçi”də qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirirdi.