çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

Aqolli “Qarabağ”ın düşərgəsində

27.06.2016 16:32 Oxundu 235

"Avro-2016" yavaş-yavaş finişə yaxınlaşır. Qrup mərhələsindən sonra final mərhələsinin 6 iştırakcısı mübarizəni dayandırıb fransanı tərk etmişdi. Onların arasında Albaniya milli komandası da var idi. Albaniyanı bizim üçün maraqlı edən onun heyətində “Qarabağ”ın oyunçusu Ansi Aqollinin olmasıdır. “Qarabağ” klubunun rəsmi saytı bilidirib ki, artıq Aqolli komandanın düşərgəsində məşqlərə başlayıb.

Xatırladaq ki, Aqolli Azərbaycan çempionatları tarixində belə mötəbər turnirdə iştirak edən ilk futbolçu olub.

Qeyd edək ki, Albaniya milli komandası qrup turnirində bir qələbə qazanaraq 3-cü yeri tutmuşdu. Amma bu göstərici komandanın bu pillədən 1/8 finala vəsiqə verən ən yaxşı dörd komanda arasına düşməsi üçün kifayət etmədi.