17.09.2016 11:05
1838
1838
UEFA-nın prezidenti, 48 yaşlı Aleksander Ceferin Sloveniya Futbol Assosisiyasının qonağı olub. Görüşdə ona üzərində "42" yazılmış Sloveniyanın milli futbol geyimi hədiyyə olunub. Məlumat üçün bildirək ki, "42" Ceferin prezident seçkilərində qazandığı səsləri özündə əks etdirir.
Aleksander Ceferin 2001-ci ildən Sloveniya Futbol Assosisiyasına rəhbərlik edib.
Qeyd edək ki, AFFA səsvermədə Çeferinə səs verəcəyini öncədən açıqlamışdı. Sloveniyalı mütəxəssis qurumun tarixinə 7-ci prezident kimi düşüb. O, fransalı Mişel Platininin vəzifəsindən kənarlaşdırılmasından sonra boş qalan posta yiyələnib.Yeni prezident 2,5 il ərzində UEFA-ya liderilik edəcək.