çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Elxan Abdullayevin üç köməkçisi müəyyənləşib

17.09.2016 14:47 Oxundu 1828

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayevin üç köməkçisi müəyyənləşib. U-19 komandamızın baş məşqçisi İqor Getman əsas komandada məşqçi vəzifəsini yerinə yetirəcək. Dmitri Kramarenko qapıçılar üzrə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə isə Andrey Kolesnikov təyin olunub. Elxan Abdullayevin daha bir köməkçisinin adına gələn həftə aydınlıq gələcək.

İqor Getman müstəqillik dönəmində "Neftçi”nin heyətində ən çox oyun keçirmiş futbolçudur. Komandamızla 3 dəfə ölkə çempionatının, 2 dəfə isə kubokunun qalibi olmuş İqor Getman Stavropol "Dinamo”sunun və Mahaçqala "Anji”sinin də formasını geyinib.

Andrey Kolesnikov isə bunadək Ukraynanın "Metallurq” (Donetsk), "Krivbass” və "İliçevets” klubları ilə yanaşı, "Kəpəz”, "İnter” və AZAL-da da çalışıb. Təcrübəli mütəxəssis hazırda Azərbaycan milli komandasının fizki hazırlıq üzrə məşqçisi vəzifəsini yerinə yetirir.