çərşənbə axşamı, 20 yanvar 2026

DİGƏR NÖVLƏR

Medallarımızın sayı 11 oldu

18.09.2016 09:17 Oxundu 1866

Azərbaycan idmançısı İradə Əliyeva “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb. İdmançımız nizə atma idman növündə 42.58 metr nəticə göstərərək ikinci yerə çıxıb. Bu, Azərbaycanın paralimpiya yığmasının sayca 11-ci medalıdır. Komanda 1 qızıl, 8 gümüş və 2 bürünc qazanıb. Yığmamız komanda hesabında 47-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, üzgüçümüz Dmitri Saley 50 metr məsafəyə sərbəst üsulla yarışların finalında məsafəni 24,29 saniyəyə qət edərək ikinci olub.

Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on doqquz üzgüçü üç qrupda mübarizə aparıb. İlk qrupda çıxış edən D.Saley məsafəni 24,40 saniyəyə üzərək birinci olub.

Atletimiz bundan əvvəl Rio Paralimpiadasinda 100 metrə brass üsulla üzmədə gümüş medal qazanıb.