çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Bravo, Bravo!

27.06.2016 16:56 Oxundu 440

Amerika kubokunun finalında azarkeşlər göz oxşayan oyun görməsələr də. bəzi epizodlarda həyəcanlandılar. Daha çox həyəcanlanansa əsasən Çili millisinin azarkeşləri olurdu. Oyunun əlavə vaxtında onların həyəcanı lap pik nöqtəsinə çatdı. Argentinalı hücumçunun baş zərbəsi tora daxil olma anında qapıçı Bravonun effektli sıçrayışı ilə təhlikə aradan qaldırıldı. Çili millisinin qapıçısı oyunsonrası penaltılərdə də fərqləndi. Onun dəf etdiyi penalti zərbəsi komandasına Amerika kubokunu qazandırdı.