çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Azərbaycan yığması İranla görüşəcək

18.09.2016 12:42 Oxundu 1907

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı davam edir. Bu gecə mundialda qrup mərhələsinə yekun vurulacaq.

F qrupunda mübarizə aparan Azərbaycan yığması son görüşündə İranla görüşəcək. Asiya çempionu ilə matç futzalçılarımız üçün həlledici önəm daşıyır.

İki turdan sonra qrup ikincisi olan yığmamızı İranla matçda heç-heçə də qane edir. Rəqibinə uduzmayacağı halda, millimiz qrupu ikinci yerdə tamamlayacaq. Bu halda komandamız 1/8 finalda Tailandla qarşılaşacaq.

Məğlub olacağı halda isə futzalçılarımız qrup üçüncüsü kimi 1/8 finala yüksələ bilərlər. Lakin bu halda 1/4 finala gedən yolda millimiz daha güclü rəqiblə - Braziliya və ya İtaliya ilə görüşəcək.


03:00 Azərbaycan - İran
Hakimlər:
Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya)
Medelin. “Coliseo Ivan de Bedout”