18.09.2016 13:58
1933
1933
Tanınmış məşqçi Xosep Qvardiola "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bryunenin bu mövsümdəki oyununu yüksək dəyərləndirib. O deyib: "Bilmirəm, Kevin Premyer Liqanın ən yaxşı futbolçusu adlanır, ya yox, amma mənim heç bir şübhəm yoxdur ki, o, ən yaxşılardan biridir. De Bryune dünya futbolunun güclülərindəndir. Biz Messidən danışanda, adətən, deyirik ki, o zirvədə tək qərarlaşıb. Kevin də onun yanındadır".