çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Sumqayıtda xalları böldülər

18.09.2016 19:22 Oxundu 1828

Bu gün Topaz Premyer Liqasında V tura start verilib. Turun açılış matçı Sumqayıtda keçirilib. “Kəpəz” yerli komandaya qonaq olub. Oyun 1:1 hesabı ilə nəticələnib.

Belə ki, ilk hissədə sönük keçən matçın ikinci hissəsi daha məhsuldar olub. Vaqif Cavadov 69-cu dəqiqədə vurduğu qolla “Sumqayıt”ı hesabda irəli çıxarıb-1:0. Üç dəqiqə sonra Kərim Diniyevin vurduğu qolla “Kəpəz” tarazlığı bərpa edib-1:1.

Topaz Premyer Liqası

V tur

“Sumqayıt” – “Kəpəz” - 1:1

Qollar: Vaqif Cavadov, 69 - Kərim Diniyev, 72

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 11. İbrahim Abednezhad, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 66. Afşin Esmaeilzadeh
Baş məşqçi: Samir Abasov

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 10. Dario Federiko, 17. Nicat Qurbanov, 77. Serjio Kosta, 90. Julien Ebah
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 25. Şəhriyar Əliyev, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 4. Qaraxan Əliyev
Baş məşqçi: Şahin Diniyev