çərşənbə, 21 yanvar 2026

VOLEYBOL

Ümid edirəm ki, səfərdə də,Bakıda da qələbə qazanacağıq"

27.06.2016 17:33 Oxundu 5835

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasının final mərhələsindəki oyunların tarixi dəqiqləşib. Yarımfinalda Yunanıstan yığmasını məğlub edən Faiq Qarayevin yetirmələri Slovakiya ilə ilk qarşılaşmanı səfərdə keçirəcəklər. İlk oyun iyunun 30-da səfərdə, cavab matçı isə iyulun 3-də Bakıda olacaq. Bu isə o deməkdi ki, Avropa Liqasının kuboku Azərbaycanda öz sahibini tapacaq.Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib: ”Ümid edirəm ki, səfərdə, ardınca da Bakıda qələbə qazanacağıq. Məqsədimiz gələn il keç;iriləcək Dünya Qran-prisində iştirakdır. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm”.