çərşənbə axşamı, 20 yanvar 2026

ŞAHMAT

Şəhriyar Məmmədyarov da dəvət olunub

19.09.2016 11:15 Oxundu 1920

Rusiyanın paytaxtı Moskvada keçiriləcək Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirə Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da dəvət alıb. Sayca 10-cu dəfə təşkil ediləcək ənənəvi yarışda həmyerlimizin rəqibləri Vladimir Kramnik (2808), Pyotr Svidler (2745), Yan Nepomnyaşi (2740), Yevgeni Tomaşevski (hamısı Rusiya, 2431), Levon Aronyan (Ermənistan, 2795), Vişvanatan Anand (Hindistan, 2776), Aniş Qiri (Hollandiya, 2755), Li Çao (Çin, 2746) və Boris Qelfand (İsrail, 2743) olacaqlar. 9 turdan ibarət olacaq yarış sentyabrın 26-da başlayacaq və oktyabrın 6-da bitəcək.