çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Millimizin Tailandla görüş vaxtı müəyyənləşib

19.09.2016 12:22 Oxundu 1884

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında səkkizdəbir final mərhələsinin təqvimi müəyyənləşib.Azərbaycan yığması səkkizdəbir finalda “B” qrupunun ikincisi Tailand millisi ilə qarşılaşacaq. Görüş sentyabrın 22-dən 23-nə keçən gecə Bakı vaxtı ilə 02:30-da start götürəcək. Qarşılaşma hazırda yığmamızın məskunlaşdığı Medelin şəhərindəki “Coliseo Ivan de Bedout” arenasında keçiriləcək. Azərbaycan millisi bu mərhələni keçə bilsə dörddəbir finalda Portuqaliya - Kosta-Rika qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Tailand yığması qrup mərhələsində Rusiyaya uduzub (4:6), Kuba (8:5) və Misirə (2:1) qalib gəlib.