çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Pele: "Amma Messi həm də öz dispetçerliliyi ilə fərqlənir"

19.09.2016 13:27 Oxundu 1885

Braziliya yığmasının sabiq hücumçusu və üçqat dünya çempionu Pele, şübhəsiz ki, dünyanın ən yaxşı futbolçusu olub. Onun adı həmişə hörmətlə çəkilir. Bu günlərdə "futbol kralı" Pele "Bu günün ən yaxşı futbolçusu kimdir - Kriştian Ronaldo, yoxsa Messi" sualına aydınlıq gətirib. O deyib: "Ronaldo çox güclü bombardirdir, amma Messi dünyanın ən güclü futbolçusu kimi tanınır. Mən deyə bilərəm ki, Messi son 10-15 ildə stabil oyun göstərən bir futbolçudur. Ronaldo mənə braziliyalı Ronaldonu xatırladır. Görürsünüz, o necə qollar vurur. Amma Messi həm də öz dispetçerliliyi ilə fərqlənir. Bu mənada şübhə yoxdur ki, Messi dünyanın ən yaxşı futbolçusudur".