242
Avro-2016-nın 1/8 final mərhələsinin növbəti oyununda İtaliya və İspaniya komandaları qarşılaşdılar. Mütəxəssislərin bəziləri bu qarşılaşmanı erkən final adlandırırdılar. Bununla belə əksəriyyət İspaniyanı bir addım öndə hessab edirdi. Lakin italyanlar asan rəqib olmadıqlarını bir daha sübut etdilər. Adətən oyunu müdafidən başlayan italyanlar bu dəfə oyunun əvvəlindən xoşbəxtliyi rəqib qapısı axtarmağa başladı. Onların bu istəyi 33-cü dəqiqədə reallaşdı. Çellini ispanları oyuna mərkəzdən başlamağa məcbur etdi. İtaliya hesabda irəli çıxandan sonra üstünlüyünü saxlamağı bacaran komanda olduğunu bir daha sübut etdi. İspaniya topa sahib olmaqda rəqibini xeylı üstələsə də müdafiə xəttini heç cür yara bilmirdi. Oyuna əlavə olunmuş dəqiqiqələrdə Kontenin yetirmələri növbəti dəfə rəqibini əks hücumda yaxalayıb növbəti qolunu vurdu. Cüneyt Çakırın final fiti İtaliya millisinin 2:0-lıq qələbəsini rəsmiləşdirmiş oldu. Bunula da çempionuğa iddialı olan daha bir komanda – İspaniya mübarizəni dayandırmalı oldu.