çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" “Zirə”ni 2 cavabsız qola "qonaq" etdi

19.09.2016 21:12 Oxundu 1769

Sentyabrın 19-da futbol üzrə Topaz Premyer Liqasının beşinci turuna yekun vurulub. Turun sonuncu oyununda Ağdam təmsilçisi “Qarabağ” komandası paytaxtın “Zirə” klubunu 2:0 hesabı ilə məğlub edib. “Əlincə Arena”da keçirilən matçın ilk dəqiqələrindən təşəbbüsü ələ alan ağdamlılar oyunun 20-ci dəqiqəsində hesabı açıblar. Rahid Əmirquliyev dəqiq zərbə ilə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib – 1:0. Qarşılaşmanın 37-ci dəqiqəsində Rahid Əmirquliyev özünün və komandasının ikinci topunu rəqibin qapısından keçirib. İlk hissə “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” fasilədən sonra da üstün oyun nümayiş etdirsə də, oyunda hesab dəyişməyib.

Beləliklə, beş turdan sonra çempionata hesabında 12 xal olan “Qarabağ” başçılıq edir. İkinci sırada 11 xalla “İnter” komandası qərarlaşıb. Bir oyun az keçirən “Qəbələ” 10 xalla üçüncüdür. Aktivlərində 6 xal olan “Kəpəz” dördüncü, “Zirə” isə beşincidir. Bir oyun az keçirən “Sumqayıt” 4 xalla altıncı, “Neftçi” 3 xalla yeddincidir. Beş tur ərzində qələbə qazana bilməyən AZAL isə 1 xalla turnir cədvəlində sonuncu pillədə yer alıb.

Topaz Premyer Liqası

V tur

19 sentyabr (bazar ertəsi)

“Qarabağ” – “Zirə” - 2:0

Qollar: Rahid Əmirquliyev, 21, 40

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
“Əlincə Arena”

"Qarabağ": 1. Boyan Şaranov, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda 21. Arif Daşdəmirov, 22.Əfran İsmayılov, 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5.Maksim Medvedev, 6.Dino Ndlovu, 8. Miçel, 17. Namik Ələsgərov, 18. İlqar Qurbanov, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

“Zirə”: 1. Anar Nəzirov, 19. Nurlan Novruzov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 7. Gerhard Proqni, 21. Murad Səttarlı
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 77. Yamin Ağakərimzadə, 96. Elgün Nəbiyev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 99. Yasin Həmid

Baş məşqçi: Adil Şükürov

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

5

4

0

1

14-2

12

2

İnter

5

3

2

0

8-5

11

3

Qəbələ

4

3

1

0

13-0

10

4

Kəpəz

5

1

3

1

5-5

6

5

Zirə

5

2

0

3

4-6

6

6

Sumqayıt

4

1

1

2

3-5

4

7

Neftçi

5

1

0

4

3-14

3

8

AZAL

5

0

1

4

1-14

1

Bombardir: Baqali Dabo ("Qəbələ") - 4 qol