332
Avro-2016-nın 1/8 final mərhələsinin son oyununda İngiltərə ilə İslandiya qarşılaşdı. Oyunun lap əvvəlində Ueyn Runi hakimin təyin etdiyi penaltı zərbəsini uğurla tamamladı. Oyundan əvvəl elə həmin Runi mətbuata açıqlama verərkən bildirmişdi ki, İslandiyanın müqavimətini qırmaq üçün erkən qol vurmaq lazımdır, erkən qol vursaq növbəti mərhələ şansımız çoxalacaq. Erkən qol vurulsa da Runinin proqnozu doğrulmadı. İslandlar cəmi 2 dəqiqə sonra hesabı bərabərləşdirdilər. Bundan sonra oyun gah bu, gah da digər komandanin qapısı qarşısında keçirdi. Növbəti hücümların birində - 18-ci dəqiqədə İslandlar ikinci dəfə müvəffəqiyyət qazandılar- 2:1. Bu hesab oyunun sonuna qədər dəyişmədi və İslandiya tarixində ilk dəfə Avropa Çempionatının ¼ final mərhələsinə vəsiqə qazandı. İngiltərə isə evə dönmək məcburiyyətində qaldı.