çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Joze Mourinyo komandasını "tənbeh" etdi

20.09.2016 08:00 Oxundu 1685

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo növbəti maraqlı qərarı ilə diqqət mərkəzinə düşüb. Portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasının 5-ci turunda səfərdə "Uotford"a uduzduqları oyundan (1:3) sonra Mançesterə klubun avtobusu ilə deyil, qatarla qayıtmaq qərarı verib.Mourinyonun futbolçularla məğlub olduqları və gələcək oyun haqda daha çox danışmaq imkanı qazanmaq üçün bu vasitəyə əl atdığı bildirilir. Qeyd edək ki, "Mançester Yunayted" "Uotford"la oyunda son 8 gündə 3-cü məğlubiyyətini alıb.