çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

"1/8 final mərhələsində bizi çətin oyun gözləyir"

20.09.2016 10:18 Oxundu 1907

Futzal üzrə dünya çempionatının final mərhələsində çıxışını davam etdirən Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Juniorun və komandanın hücumçusu Oliveira Villiams de Nascimentonun Tayland yığma komandası ilə oyunöncəsi FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Milton Luis Ziller Junior: “Tayland qrup mərhələsində 6, biz isə 4 xal topladıq. Bilirik ki, 1/8 final mərhələsində bizi çətin oyun gözləyir. Şanslar bərabərdir. Tayland yığmasının Rusiya millisi ilə keçirdiyi oyunu izləmişik. Heyətlərində xüsusi qeyd edə biləcəyim iki futzalçı var. Biri 7 nömrədir. O, arxa xətdə çıxış edir. Digəri isə 9 nömrəli oyunçudur. Bu futzalçının həm sol, həm də sağ ayağı işləkdir. Komanda şəklində çox hərəkət edirlər. Qarşıda hələ 2 gün vaxtınmız var. Videoyazılara baxıb, daha yaxşı analiz edəcəyik. Çalışacağıq faydalana biləcəyimiz cəhətləri tapaq. Eyni zamanda, güclü tərəflərini öyrənək ki, ondan istifadə edə bilməsinlər, buna imkan verməyək. Məşqlərdə çatışmazlıqlarımız üzərində də işləyəcəyik”.

Oliveira Villiams de Nascimento: “Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdur. Təbii ki, hər kəs seçimində azaddır. Azərbaycan mənim ürəyimdir, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram. Tayland yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq. Rəqibimizin hazırkı heyəti 4-5 ildir bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Aut və kornerlər zamanı müxtəlif “ev tapşırığı” yerinə yetirirlər. Üç ilə yaxındır bu komanda ilə birgə işləyir”.