2631
İspaniyada - Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Turnirdə 2 qızıl medal və komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri və bir qrup azarkeş böyük coşğu ilə qarşılayıblar.
Qeyd edək ki, Avropa çempionatında cüdoçularımızdan Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) qızıl medala sahib olublar. 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunur.