1774
"Qəbələ" - AZAL oyunundan (3:0) sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov yaxın vaxtlarda vəziyyət düzəlməzsə, istefa verə biləcəyini deyib. O, sentyabrın 24-ə qədər rəhbərliyə vaxt verdiyini bildirib: "Ola biər ki, komandanı tərk edim. Özümə zülüm edəsi deyiləm. Heç kim deməsin ki, komandanı yarımçıq qoyub gedirəm. Keçən il komandanın lideri olan Rail Məlikov və qapıçı Stanislav Namaşkonu saxlaya bilmədik. Onları layiqincə əvəzləyən futbolçu tapa bilmədik. Bunun da səbəbi maliyyə problemidir. Yeni gələnlər onların yerini vermədi. Bu büdcə ilə nəsə etmək çətindir. Buna dözmək olmur. Əlimdə istədiyim futbolçular azdı. Ola bilər ki, "İnter"lə oyun mənim üçün sonuncu olsun. Hər şey rəhbərliklə görüşdən sonra məlum olacaq".