çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

AFFA Adil Şükürova xəbərdarlıq edib

20.09.2016 12:19 Oxundu 1913

AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Qurum Topaz Premyer Liqasının V turunun oyunlarında baş vermiş neqativ hallara hüquqi qiymət verib.

19 sentyabr 2016-cıi il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının V turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

19 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının V turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransına gecikdiyinə görə xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ağır cərimə olunacaqdır (maddə 82.1).

15 sentyabr 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun II turunun “Səbail” – MOİK matçında MOİK klubunun 88 №-li futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

16 sentyabr 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun II turunun “Ağsu” – “Mil-Muğan” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).