bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

"Bakkanı "Milan"da saxlamağa çalışırıq"

21.09.2016 09:49 Oxundu 1777

"Milan"ın oyunu heç də yalnız Bakkadan asılı deyil". Bu sözləri "Milan"ın baş məşqçisi Montella "Latsio"ya qarşıya keçirdikləri oyundan sonra deyib. Qeyd edək ki, bu oyunda meydan sahibləri, yəni "Milan" rəqib qapısına iki dəfə yol tapıb, öz qapısını isə toxunulmaz saxlayıb. Kolumbiyalı oyunçu Karlos Bakka həmin qollardan birinə imza atıb.

Montella həmçinin bildirib ki, o, Bakkadan ayrılmaq fikrində deyil: "Milan" Bakkalı və Bakkasız da irəli gedir. O, komandaya həmişə öz töhfəsini verəndə mən rahatlanıram. Onu da deyim ki, "Milan"ın bu günkü oyunundan razıyam: "Mən meydana çıxmayan futbolçularımdan da şikayətçi deyiləm. Biz Bakkanı, Romanoli və başqalarını da "Milan"da saxlmağa çalışırıq".

Məlumat üçün bildirək ki, “Milan”ın 29 yaşlı kolumbiyalı hücumçusu Karlos Bakka ilə bir neçə klub yaxından maraqlanır. Bakkanı transfer etməkdə 2 klub daha israrlıdı. Söhbət Madrid “Real”ı və “Çelsi”dən gedir. Həm “qalaktikos”, həm də “zadəganlar” Bakkanı razı salmağa çalışırlar. Lakin futbolçu gələcək karyerası ilə bağlı hələ qərar verməyib.

Qeyd edək ki, Bakka “Milan”a ötən il “Sevilya”dan transfer olunub.