bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Paraqvay və Rusiya ilk dörddəbir finalçılar oldu

21.09.2016 11:52 Oxundu 2052

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ilk dörddəbir finalçılar müəyyənləşib. Bunlar Paraqvay və Rusiya yığma komandalarıdır.

Paraqvay səkkizdəbir finalda penaltilər seriyasında təşkilatçı ölkənin millisinə qalib gəlib- 3:2. Növbəti mərhələdə rəqib Braziliya - İran görüşünün qalibi olacaq.

Rusiya isə Vyetnamı böyük hesabla məğlub edib - 7:0. Qonşu ölkə yığması dörddəbir finalda İspaniya - Qazaxıstan matçının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, digər səkkizdəbir final görüşlərində Argentina Ukrayna, İtaliya Misir, Portuqaliya Kosta-Rika, Azərbaycan isə Tailandla üz-üzə gələcək.