bazar ertəsi, 19 yanvar 2026

GÜLƏŞ

İlham Zəkiyev təltif edilib

21.09.2016 17:58 Oxundu 2656

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən iki nəfər “Şöhrət” ordeni, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, səkkiz nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, doqquz nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.İdmançılar və onların məşqçiləri bu mükafatlara XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə layiq görülüblər.Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Milli Paralimpiya komandasının üzvü İlham Əzizağa oğlu Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.