çərşənbə axşamı, 30 aprel 2024

VOLEYBOL

“Azəryol” Eldar Yusubova tapşırıldı

23.09.2016 13:28 Oxundu 3070

“Azəryol”un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Ötən mövsümü 4-cü yerdə başa vuran Bakı təmsilçisi Eldar Yusubova həvalə edilib. “Rabitə” ilə Azərbaycan çempionu titullarını sıralayan mütəxəssis bu komandaya baş məşqçi kimi Çempionlar Liqasının bürünc medalını da qazandırıb. O, əsas çalışdırıcı kimi komandanı Super Liqanın qalibi də edib.

“Rabitə”nin uğurlarında pay sahibi olmaqla yanaşı, Nurlan Sadıqov (Qazaxıstan), Yuri Loktev (Ukrayna), Draqutin Baltiç (Sloveniya), Deyan Brdjoviç və Zoran Qayiç (hər ikisi Serbiya) kimi baş məşqçilərlə çalışaraq, lazımı təcrübə toplayan Yusubov “Telekom”da da çalışıb.

Qeyd edək ki, Yusubov bu postda “Rabitə” və “Telekom”da birgə işlədiyi Ziya Rəcəbovu əvəzləyib.