çərşənbə axşamı, 30 aprel 2024

BİZİM FUTBOL

Bu gecə Azərbaycan millisi Portuqaliya ilə üz-üzə gələcək

25.09.2016 17:51 Oxundu 1897

Bu gecə Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının 1/4 final mərhələsinə yekun vurulacaq. Tarixində ilk dəfə mundilda çıxış edən Azərbaycan millisi yarımfinala vəsiqə uğrunda matçda Portuqaliya ilə üz-üzə gələcək.Kalidə baş tutacaq matçı kubalı referi Sergio Kabrera idarə edəcək. Qrup və 1/8 final oyunlarını Medelyində keçirən yığmamız Kalidə də uğur qazanmağa çalışacaq.Üç aparıcı futzalçısı – Rövşən Hüseynli, Fineo və Vassouranın cəza üzündən buraxdığı görüşə qələbə üçün çıxacaq millimiz yerli vaxtla 18:00, Bakıda isə saat 03:00-da mübarizəyə başlayacaq.

Qeyd edək ki, qalib komanda yarımfinalda Argentina – Misir cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2016

1/4 final

25 sentyabr

18:00. Azərbaycan – Portuqaliya

Hakimlər: Serjio Kabrera (Kuba), Joze Katemo (Anqola), Xalid Hnix (Mərakeş), Xamis Hassan Al-Şəmsi (BƏƏ)

Kali. Kolizeo el Pueblo